Sentyabrın 14-də Qazax rayonunda “Mənnur Tikinti” MMC 20 min manat cərimə edilib. Buna səbəb şirkətin əmək müqaviləsi bağlamadan insanları işə cəlb etməsi və bir fəhlənin tikinti zamanı bədən xəsarəti alması olub. Bu haqda Qazax Rayon Prokurorluğu məlumat verib.