“TikTok”da narkotik vasitələri təbliğ edən yeniyetmə polislər tərəfindən saxlanılıb. Bu haqda noyabrın 19-da DİN məlumat yayıb.
Həmin şəxsin 16 yaşlı Salyan rayon sakini olması müəyyən edilib. O, valideynləri ilə birlikdə polis şöbəsinə dəvət edilib. Onunla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib. Yeniyetmə öz səhfini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.
Bir neçə gün öncə “TikTok” platformasında yeniyetmənin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olmuşdur.