“Zirə” Toni Qomeslə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 23 avqust tarixində xəbər verir.
Qvineya-Bissau yığmasının yarımmüdafiəçisi karyerasını İsraildə davam etdirəcək. Belə ki, 25 yaşlı cinah oyunçusu Hadera “Hapoel”inə transfer olunub.
Ötən ilin yayında “Zirə”yə keçən Toni Qomes 2022/2023 mövsümündə Premyer Liqada keçirdiyi 24 oyunda 3 qol vurub.