top
“Topla davranmağı çətinliklə bacarırdılar, indi isə əsl idmançı kimi oynayırlar” - Xaçmazda uşaqlara futbol öyrədən şəxsin MÜSAHİBƏSİ
07 noyabr 2025, 03:48
- ↺ +

“Topla davranmağı çətinliklə bacarırdılar, indi isə əsl idmançı kimi oynayırlar” - Xaçmazda uşaqlara futbol öyrədən şəxsin MÜSAHİBƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəvan Yusifov Xaçmaz rayonunun Gödəkli kəndində doğulub və orada böyüyüb. Uşaqlıqdan futbol onun həyatının bir hissəsinə çevrilib. İdmanla məşğul olmaq üçün şəraitin olmamasına baxmayaraq, o, bu sevgisindən əl çəkməyib və indi 8-12 yaşlı uşaqları pulsuz şəkildə məşq etdirir.

Rəvan Yusifovun futbola sevgisi “Milan” klubunun oyununu ilk dəfə izlədiyi vaxtdan yaranıb. Sonradan onun kumiri braziliyalı futbolçu Ronaldinyo olub. “Uşaqlıqda biz dostlarla hər yerdə futbol oynayırdıq. Bəzən bizi böyüklərin komandalarına da dəvət edirdilər. Yəni istedad var idi, sadəcə inkişaf üçün dəstək çatışmırdı”, - deyə o, İdman.Biz-ə müsahibəsində bildirib.

Kənddə oynamaq, əslində, indi də çətinlik yaradır. Rəvan Yusifov xatırlayır ki, uşaqlıqda normal topa sahib olmaq böyük lüks sayılırdı, yerli meydança isə bərbad vəziyyətdə idi. Amma uşaqlar ruhdan düşmürdülər:

“Biz yaxşı şəraitin nə olduğunu bilmirdik. Ona görə də sadəcə həvəslə və idmana sevgi ilə oynayırdıq”.

“Dirilən” meydança

Rəvan Yusifovun uşaqları məşq etdirmək ideyası çoxdan yaranmışdı, lakin onu həyata keçirmək yalnız bir il əvvəl mümkün olub.

“Həmişə bu fikri sonraya saxlayırdım. Şübhə edirdim - alınacaqmı, gücüm çatacaqmı? Amma bir gün uşaqları gördüm ki, özləri yığışıb oynayırlar. O an başa düşdüm ki, artıq hərəkətə keçmək vaxtıdır. Onları qruplara bölüb məşq saatlarını təyin etdim, əlaqə saxlamaq üçün də bir çat yaratdım”, - deyə R.Yusifov bildirib.

R. Yusifovun sözlərinə görə, əvvəlcə müntəzəm məşqləri təşkil etmək çətin idi. Lakin uşaqlar nizam-intizamlı və çalışqan çıxaraq tədricən ritmə düşdülər. O, məşqlərə başlamaq qərarına gələndə bu məqsədlə köhnə, qapısız və baxımsız qalmış bir meydançanı seçib - elə öz uşaqlığında da baxımsız vəziyyətdə olan həmin sahəni. Daha münasib şəraitdə olan meydançalarda məşq keçmək mümkün deyildi: onların hamısı Xaçmazda yerləşirdi və kənd uşaqları üçün ora getmək həm uzaq, həm də xərc baxımından çətin idi. Buna görə də Rəvan Yusifov meydançanı öz gücü və kənd sakinlərinin dəstəyi ilə bərpa etməyə qərar verib.

Onlar meydançanın ətrafını təmizləyiblər - əvvəllər buradan kənd sakinlərinin istifadə etdiyi bir cığır keçirdi. İndi həmin cığır torpaqla örtülüb və bağlanıb ki, meydançanın örtüyü qorunsun və sahə səliqəli görünsün. Məşqçinin sözlərinə görə, bərpa işlərində hər kəs - uşaqlar, valideynlər və kəndin sadə, xeyirxah sakinləri iştirak edib.

“Bir nəfər kişi qapıların karkasını pulsuz qaynadıb quraşdırdı. Bu, uşaqları çox ruhlandırdı, çünki nəhayət oynamaq üçün şərait yaranırdı. Onlar qapıları özləri rənglədilər, toru bərkitdilər - hər şeyi həvəslə və sevinc içində etdilər”.

Gələcəyə ümidlər

Meydançanın bərpası uşaqlar üçün əsl motivasiya oldu - onları birləşdirdi və komanda ruhu yaratdı. Rəvan Yusifovun əsas məqsədi isə yalnız futbol oynamağı öyrətmək deyil, uşaqların özünə inamlı, məqsədyönlü böyüməsinə kömək etmək, onları zərərli vərdişlərdən uzaq tutmaq və sağlam həyat tərzinə alışdırmaqdır:

“Biz başlayanda bəziləri topu düzgün idarə etməyi belə bacarmırdı, indi isə əsl futbolçu kimi oynayırlar. Aralarında çox perspektivli uşaqlar var. Ümid edirəm ki, onların karyerası alınacaq. Artıq bir neçəsini Xaçmazdakı futbol məktəbinə və “Xudat City” akademiyasına yönləndirmişik”.

Rəvan üçün yetirmələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır, çünki o, vaxtilə qarşısına çıxan çətinlikləri yaxşı bilir:

“Bizim vaxtımızda gənc istedadlara dəstək demək olar ki, yox idi, halbuki bacarıqlı uşaqlar çox idi. İndi vəziyyət tam fərqlidir: pulsuz idman dərnəkləri, əlçatan avadanlıqlar, inkişaf üçün imkanlar var. Artıq ‘Şimal’ klubunda bizim kənddən iki yeniyetmə çıxış edir. İnanıram ki, tezliklə belə uşaqların sayı daha da artacaq”.

Rəvan Yusifovun bu qədər israrlı və ilhamlı olmasının səbəbi şəxsi motivləridir - onun oğlu da digər uşaqlarla birlikdə məşq edir. O etiraf edir ki, həm öz övladının, həm də yetirmələrinin vaxtilə onun üçün gerçəkləşməyən arzunu həyata keçirdiyini görmək istəyir.

Kənddə bələdiyyəyə yeni insanlar seçilib və Rəvan qarşıdakı dəyişikliklərdən nikbin danışır:

“Bizə söz veriblər ki, meydançanı hamarlayacaqlar, hasarları möhkəmləndirəcəklər və soyunub-geyinmə otaqları tikəcəklər. Yaxınlarda onlarla yenidən danışdıq - təsdiqlədilər ki, hər şey tezliklə həyata keçiriləcək. Çox ümid edirik ki, elə də olacaq”.

Buna baxmayaraq, komanda hələ də ən sadə avadanlıqlara ciddi ehtiyac duyur.

“Toplarımız demək olar ki, qalmayıb: on ədədin yalnız üçü bütöv qalıb. Uşaqların forması yoxdur - kim nə tapırsa, onunla oynayır, idman ayaqqabısı çatışmır. Əlimizdən gələni etdik, amma kənddə imkanlar azdır. Yenə də inanıram ki, uşaqlara məşq və inkişaf üçün şərait yaradılarsa, onlardan doğrudan da güclü futbolçular yetişəcək” - deyə futbol fədaisi olan Rəvan Yusifov fikrini tamamlayıb.

Hazırkı mərhələdə uşaqları idman geyimləri və toplarla təmin etmək üçün Rəvan Yusifova 500 manat lazımdır.

İdman.Biz redaksiyası bütün futbolsevərlərə və sadəcə laqeyd qalmayan insanlara müraciət edərək, məşqçinin təşəbbüsünü dəstəkləməyə və Gödəkli kəndində uşaq futbolunun inkişafına töhfə verməyə çağırır.

Yardımı aşağıdakı karta köçürmək olar:

4169 7414 1718 4155

Rəvan Yusifovla bu nömrə vasitəsilə əlaqə saxlamaq mümkündür: +994 70 738 68 18.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Oxşar xəbərlər