Tovuzda kənd sakini odlu silahdan özünə atəş açaraq intihar edib. Bu haqda dekabrın 17-də APA məlumat yayıb.
İnsident rayonun Böyük Qışlaq kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü şəxs tüfənglə özünə atəş açıb və yerindəcə dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Baş Prokurorluğun məlumatına əsasən, cari ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib.