Tovuzda 2 ev yanıb. Bu barədə 24 iyul tarixində APA məlumat verib.
Rayonun Qovlar qəsəbəsinin Mirzə Ələkbər Sabir küçəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verib. Yanğın daha sonra yaxınlıqdakı evə keçib. Hadisə nəticəsində evin qarşısında olan iki avtomobil də yanıb. Xəsarət alan olmayıb.
Yanğının yayılmasının qarşısı alınıb.
[gallery link="file" size="full" ids="123045,123044,123043"]