Tovuzda ölümlə nəticələnən yol qəzası olub. Bu barədə 17 avqust tarixində Report məlumat verib.
Elton Hüseynovun idarə etdiyi "Hyundai HD-72" markalı avtomobillə Şakir Abbasovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.
Nəticədə Ş. Abbasov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.