Tovuzda qonşular arasında dava olub, xəsarət alanlar var. Bu barədə 20 iyul tarixində Report məlumat verir.
Hadisə sözügedən rayonun Düz Cırdaxan kəndində baş verib. Ot bağlaması üstündə yaranan münaqişə zamanı 40 yaşlı R.Quluyev ağac parçası ilə döyülərək müxtəlif xəsarətlər alıb.
Mübahisə zamanı 52 yaşlı S.Musayeva da xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.