“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər edib. Bu barədə APA aprelin 16-da məlumat yayıb.
Ermənilərin işğalı zamanı Kəlbəcər tunelini keçmək istəyərkən qətlə yetirilən soydaşlarımızın xatirəsi hadisə yerində anılıb. Səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Faciəni yaşayan təxminən 20-dən artıq Kəlbəcər sakini, rayon ziyalıları və şəhid olanların yaxınları Göygöl rayonunun Toğanalı kəndindən hərəkət ediblər.