Türk dövlətlərinin xatirə sikkəsi satışa çıxarılacaq.
İnsanoid.com xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, satışa çıxarılacaq sikkə cəmi 5 000 ədəddir və alışı limitli olacaq.
Onun qiyməti 900 TL (təxmini 45 AZN) təşkil edəcək. Məhsulu almaq istəyənlər Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin saytındakı müvafiq bölmədə qeydiyyatdan keçərək sifariş etməlidirlər.
Xatirə sikkəsi 7 noyabr 2024-cü ildən 7 noyabr 2026-cı ilədək tədavüldə olacaq.
Qeyd edək ki, sikkələrin üzərində "Dildə, fikirdə, işdə birlik" sözləri qeyd olunub.