Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.
İnsanoid “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb.
Onun kod adının "Sema Cuya Çevlik" olduğu və dron hücumlarında iştirak etdiyi bildirilir. MİT-in agentləri tərəfindən onun yeri müəyyənləşdirilib.
Zilan Azak 2015-ci ildən etibarən terrorçuların sıralarına qoşulmuşdu.