Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub. Bu barədə 3 avqust tarixində Report məlumat verib.
Bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.
Bildirilib ki, bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.