28 yaşlı Türkiyə vətəndaşı Hazret Işık qayınatasının evinə daxil olaraq ona, qayınanasına və həyat yoldaşına küt alətlə xəsarətlər yetirib. Bu haqda aprelin 18-də APA məlumat paylaşıb.
Hadisə Tərtərin Seydimli kəndində aprelin 17-də gecə saatlarında baş verib.
Hazret Işık, həmçinin 57 yaşlı qayınatasının "VAZ 2107" markalı avtomobilini yandıraraq ona 6 500 manat maddi ziyan vurub.
Faktla bağlı cinayət işi açılıb.