Türkiyənin Muğla əyalətinin Dalaman rayonunda meşə yanğını başlayıb.
İnsanoid.com xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Əraziyə canlı qüvvə və texnika, həmçinin Türkiyə Silahlı Qüvvələrinə aid beş helikopter cəlb olunub.
Hazırda 85 evin sakinləri təxliyə edilib.