Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 8 iyul tarixində məlumat verir.
O, uzun müddətdir müalicə alırdı. 29 may tarixindən reanimasiya şöbəsinə yerləşdirilmiş sənətçi bu gün dünyasını dəyişib.