Türkiyəyə göydən parlayan obyekt düşüb. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 4 sentyabr tarixində xəbər verir.
Meteorit hesab edilən obyekt axşam saatlarında Diyarbəkir, Malatya, Ərzurum, Elazığ, Qaziantep başda olmaqla bir çox şəhərdə görünüb.
Məsələ ilə bağlı Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, düşən obyektdən sonra Kığı və Yayladere rayonlarında təhlükəli hal qeydə alınmayıb.
Hadisə zamanı bəzi evlərin pəncərələrində titrəmə müşahidə olunub.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/09/bez-logo.mp4"][/video]