Uşaqlarını tək böyüdən və çoxuşaqlı 10 qadının işlə təminatı üçün Şamaxı rayonunda sosial müəssisə yaradılması nəzərdə tutulub. Bu haqda noyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Layihə çərçivəsində qadınlara dərzilik fəaliyyəti üzrə aktivlər təqdim ediləcək.
“Azəriqaz” İstehsalat Birliyi həmin şəxslərin sosial müəssisə formasında fəaliyyəti üçün məkan ayıracaq. Rayon İcra Hakimiyyəti isə məhsulların satışına dəstək olacaq.