Ucarda narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan iki nəfər və oğurluqda şübhəli bilinən bir nəfər həbs edilib. Bu barədə aprelin 9-da Daxili İşlər Nazirliyi xəbər verib.
Narkotiklərin satışında şübhəli bilinən iki Ucar sakinindən ümumilikdə 1 kiloqramdan çox marixuana, müxtəlif çəkilərdə heroin və metamfetamin aşkarlanıb. Onlar törətdikləri əməlləri etiraf ediblər.
Bununla yanaşı, müxtəlif vaxtlarda aptek və mağazalara qanunsuz daxil olaraq oğurluq edib, daha sonra isə əldə etdiyi pulları xərcləyən Göyçay rayon sakini də saxlanılıb.
Faktlarla bağlı cinayət işləri açılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onlar daha öncə də məhkum olublar.