Ucar rayonunun Qarabörk kəndində intihar hadisəsi olub. Bu barədə 31 iyul tarixində APA məlumat verib.
Kənd sakini, 54 yaşlı Aybəniz Ələkbərova özünü həyətdəki ağacdan asaraq intihar edib.
Qadının intihar səbəbi hələlik məlum deyil. Onun iki övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.