Ucarda qəbiristanlıqda yanğın olub. Bu haqda aprelin 13-də APA məlumat yayıb.
Yanğın bu gün saat 16 radələrində rayonun Qarabörk kənd ərazisindəki qəbiristanlıqda başlayıb. Yanğının miqyası geniş olduğundan hadisə yerinə FHN-nin Ucar, Zərdab və Göyçay rayonlarının Yanğından Mühafizə hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı 3 hektardan artıq ərazidə kol-kos yanıb. Kənd qəbiristanlığı və yaxınlıqda olan onlarla tikili yanğından mühafizə olunub.
Hadisə zamanı zərərçəkən olmayıb.