Ucarda piyadanı maşın vuraraq öldürüb. Bu barədə 3 avqust tarixində APA məlumat verib.
Hadisə axşam saatlarında rayonun Bərgüşad - Qazyan kənd yolunda qeydə alınıb.
Belə ki, "Ford" markalı avtomobil piyada, 1981-ci il təvəllüdlü Məhəmməd Ağamusa oğlu Rəşidovu vurub.
Ağır xəsarət alan zərərçəkəni sürücü Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Piyada xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.