Satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyi tərəfindən 35 manat məbləğində ödənilən subsidiyanın müddəti uzadılıb. Bununla bağlı Nazirlər Kabineti 10 sentyabr tarixində qərar qəbul edib.
Qərar mayın 1-dən sentyabrın 1-dək un istehsalı ilə məşğul olan şəxslərə şamil olunur.