Dünən, dekabrın 21-də Vüqar Həşimov memorialında rapid üzrə yarışların son iki turu keçirilib.
Altıncı turda Məmmədyarov Rapportu, Məmmədov Navaranı, Karyakin Əsədlini, Karuana isə Anandı məğlub edib.
Yeddinci turda isə Məmmədyarov Karuanaya, Əsədli Ananda, Karyakin Məmmədova, Rapport isə Navaraya qalib gəlib.
Beləliklə, yeddi turdan sonra Rapport və Karyakin 16 xalla 1-2-ci yerləri bölüşdürürlər. 3-4-cü yerlərdə isə Məmmədyarovla Karuana qərarlaşıblar.
Bugün və sabah turnirdə blits üzrə yarışlar keçiriləcək.