Dövlət informasiya resurslarına 44 günlük Vətən müharibəsi ərzində 2 678 kiberhücum cəhdinin qarşısı alınıb. Bu haqda noyabrın 29-da Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi Tural Məmmədov bildirib.
Onun sözlərinə əsasən, həm vətəndaşlar, həm də dövlət qurumları dezinformasiya hücumlarına məruz qalmışdır.