Bu il vətəndaşları aldadaraq onlara saxta əlillik düzəltmək istəyən iki şəxs həbs olunub. Bu haqda noyabrın 19-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib.
“Müddətli əlilliyi olan vətəndaşlar əlillik müddətlərinin bitmə vaxtını unutmasınlar, yenidən təkrar təyinat üçün müraciət etsinlər və başqa kiməsə etibar etmədən özləri bu işlə məşğul olsunlar”, - deyə sədr qeyd edib.