Məktəb seçimi prosesi saat 11:00-da www.mektebeqebul.edu.az saytında başlayacaq. Valideynlər yalnız bir məktəb seçərək sorğunu təstiq edə bilərlər.
Məktəb seçimində dəyişiklik etmək istəyən valideynlər, şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib yenidən məktəb və müəllim seçə bilərlər.
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarının elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.