Dövlət Vergi xidmətinin rəsmi saytında “İctimai açıq məlumat bazası” adlı yeni bölmə yaradılıb. Bu haqda qurumun rəsmi səhifəsində 8 dekabr tarixində məlumat verilib.
Sözügedən bölmədə biznesə başlamaq üçün ilkin qeydiyyat prosedurları, zəruri sənədlər, vergilərin hesablanması və ödənilməsi, vergi hesabatlarının tərtib olunması və göndərilməsi qaydaları və digər keçidlər mövcuddur.
“İctimai açıq məlumat bazası”na bu link vasitəsilə daxil olmaq olar.