18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına qəbul imtahanlarında iştirak üçün möhlət verilib. Bununla bağlı martın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat paylaşıb.
Belə ki, 2022/2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd qəbulunda çağırışçılarla bağlı dəyişikliklər edilib.
Qeyd olunan kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.