Oktyabrın 12-dən etibarən müəllimlərin xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçiminə start verilir. Bu haqda Təhsil Nazirliyi məlumat verib.
Vakansiya seçimində test imtahanı mərhələsindən 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər.
Namizədlər linkə daxil olaraq müraciət edə bilərlər.
Vakansiya seçimi 13 oktyabr saat 18:00-dək davam edəcək.