Xızıda narkotik maddələri əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda martın 31-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, rayon sakininin evinə baxış keçirilib. Nəticədə 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən, həmin vətəndaş həbs edilib.