Xızıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə martın 16-da APA xəbər verib.
Məlumata görə, "Dacia Logan" markalı avtomobil 59 yaşlı şəxsin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Dacia Logan"ın 35 yaşlı sürücüsü dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.