Son 20 il ərzində Xəzər dənizinin səviyyəsi aşağı düşüb. Buna səbəb iqlim dəyişikliyi, daha sonra isə əhalinin və tələbatın artmasıdır. Bu haqda martın 18-də Trend ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə istinadən xəbər verib.
Məlumata görə, istehlak daha səmərəli və ağıllı formada idarə olunmalıdır. Buna görə vətəndaşlara və istehlakçılara suya münasibətdə məsuliyyətli olmaları tövsiyə edilib.