Aprelin 11-də Xəzər dənizində 3,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu haqda Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Belə ki, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də baş verib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.