Xəzər dənizində qanunsuz nərə balığı ovlayan 20 nəfər saxlanılıb. Bu barədə noyabrın 13-də Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Nəticədə ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.
Bu barədə saxlanılan şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilir.