Xaçmaz rayonunda iki nəfərdən heroin və marixuana tapılıb. Bu haqda dekabrın 16-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon sakinlərinin üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanmış heroin və marixuana aşkar olunaraq götürülüb. Sözügedən şəxslər narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinirlər.
Faktlarla bağlı araşdırma aparılır.
Bu ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8095 cinayət faktı aşkarlanıb. Ümumilikdə 6 ton 582 kiloqram narkotik müsadirə olunub.