İsmayıllı rayonunun Təzəkənd kəndində martın 30-da yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Məlumata görə, 120 kvadratmetr olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Alov söndürülüb.
Həmçinin Xaçmaz rayonunun Yergüc kəndində 100 kavdratmetr olan tövlənin dam örtüyü və damına yığılan 3 ton ot bağlaması yanıb. Eyni zamanda, sözügedən kənddə həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 6 tonu yanıb. Hər iki yanğın söndürülüb.