Xaçmazda 18 gün əvvəl itkin düşən 25 yaşlı Vüsal Nəzərovun meyiti tapılıb. Bu haqda marıtn 22-də Report məlumat yayıb.
Hadisə rayonun Muxtadır qəsəbəsində baş verib. Gənc yaşayış olmayan köhnə evlərdən birinin həyətində asılı vəziyyətdə tapılıb.
İntiharın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.