Xaçmazda avtomobil ata və oğulu vurub. Bu barədə 28 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, rayonun 1970-ci il təvəllüdlü və 1993-cü il təvəllüdlü Ağarəhimoba kənd sakinlərini Gandob-Yalama yolunda avtomobil vurub.
Yaralıların vəziyyətləri orta ağır olduğuna görə, onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.