Xaçmazda qonşusunu bıçaqlayan qadın saxlanılıb. Bu barədə DİN dekabrın 16-da xəbər verib.
Xudat şəhər sakini mübahisə zəminində qonşusunu bıçaqlayıb.
Müəyyən edilib ki, M. Qədiyeva əvvəlcə qonşusu Z. Həmrayeva ilə mübahisə edib. Z. Həmrayevanın ona qarşı nalayiq sözlər işlətməsi onu əsəbləşdirib. Daha sonra Qədiyeva evdən mətbəx bıçağını götürüb Həmrayevanın ərinin iş yerinə gedib və onu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.