Xaçmazda iki Qusar sakini bıçaqlanıb. Bu barədə martın 25-də Report məlumat yayıb.
Hadisə Yalama kəndində qeydə alınıb. Qusarın Düztahir kənd sakinləri - 25 yaşlı Cəfərov Faiq və 20 yaşlı Sadəddin Novruzov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil.
N.Cəfərova döş qəfəsinin daxilə nüfuz edən deşilmiş yarası, S.Novruzova isə sol çiyin nahiyəsinin deşilmiş yarası diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.