Xaçmaz rayonunda yaşayış evində yanğın baş verib. Bu barədə 12 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Şollar kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 80 kvadratmetr olan fərdi yaşayış evinin 60 kvadratmetr hissəsi yanıb.
Qeyd olunub ki, hadisənin təfərrüatları araşdırılır.