Astara rayonunda keçirilən “Xaş-xaş-2021” əməliyyatı nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən iki rayon sakini saxlanılıb. Bu barədə sentyabrın 7-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılanların Astara rayon Züngüləş kəndində dağlıq-meşəlik ərazidə becərdikləri 55 kiloqram olan 36 ədəd çətənə kolu aşkar edilərək götürülüb.