Masallıda dərc olunan "Cənub xəbərləri" qəzetinin həbs edilən baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb. Bu haqda Report-a aprelin 15-də onun vəkili deyib.
Jurnalist barəsində polisin nəzarətinə verilmə tədbiri seçilib.
Qeyd edək ki, “cenub.az” xəbər portalının rəhbəri dünən saxlanılmışdır. O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinirdi. İddialara görə, media işçisi Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşından pul alıb.