Xaçmaz rayonunun Aslanoba kəndində yerləşən biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşə ərazisində yanğın baş verib.
Bu barədə 24 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Küləkli hava şəraiti yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, yanğın genişlənərək sıx meşəlik əraziyə və digər əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 2 hektar biçilmiş taxıl sahəsi və 1ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.
Sıx meşəlik ərazi və ətrafdakı əkin sahələri yanğından mühafizə olunub.