Xaçmaz rayonunda güclü külək və yağış səbəbindən 10-dan artıq kəndinin sakinləri işıqsız qalıblar. Bu barədə bu gün, 10 sentyabr tarixində Report məlumat yayıb.
Ötən gecədən başlayaraq rayonda müşahidə edilən güclü yağış və küləkli hava şəraiti rayonun enerji təsərrüfatına ciddi ziyan vurub. Külək ağacları aşırıb, təsərrüfatlara ziyan vurub və fərdi yaşayış evlərinin damların yararsız hala salıb.
Ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlər elektrik enerjisinə mərhələli şəkildə qoşulur.
Hadisə yerinə qəza briqadaları səfərbər olunublar, təmir-bərpa işləri aparılır.