Xaçmazda kamunal işçini maşın vurub.
"Report"un Şimal bürosunun məlumatına görə, Mənzil Kommunal Təsərüfat idarəsinin işçisi olan Xaçmaz şəhər sakini, 1955-ci il təvəllüdlü Zərifə Musa qızı Əliyeva işə gedən zaman onu "VAZ-21011" markalı minik avtomobili vurub.
Yaralı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz polis şöbəsində araşdırma aparılır.