Xaçmaz rayonunda avtomobil at sürən kişini vuraraq öldürüb. Bu barədə 7 iyul tarixində Report məlumat verib.
Hadisə Xudat-Nabran avtomobil yolunun rayonun Muxtadır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Nissan" markalı minik avtomobili hərəkətdə olarkən at sürən, 1985-ci il təvəllüdlü Bayramov Bəhruz Rəsul oğlunu vurub. Nəticədə həmin şəxs hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.