Xaçmazda bıçaqlama hadisəsi baş verib. Bu barədə aprelin 16-da Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Rayon sakini Sahil Əzizov aralarında yaranan mübahisə zamanı həmyerlisinə bıçaqla xəsarət yetirib. Bununla yanaşı, o, ictimai qaydanı kobud şəkildə pozub və ucadan nalayiq söyüşlər ifadə edib.
Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən Sahil Əzizov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.