Xaçmaz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, iyulun 10-da xəbər verir.
Xaçmazın Niyazoba kənd sakini, 66 yaşlı Vidadi Turablının idarə etdiyi “KamAZ” və Xaçmaz şəhər sakini, 82 yaşlı Vaqif Hüseynovun idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki maşının sürücüləri və “Nissan” markalı avtomobilin sərnişini, Xaçmaz şəhər sakini, 64 yaşlı Günaz Şirinova xəsarətlər alıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.