Xaçmazda qapı-pəncərə sexində yanğın olub. Bu haqda aprelin 16-da FHN məlumat yayıb.
Sahəsi 63 m² olan qapı-pəncərə sexinin içərisinə yığılan plastik tullantıları 5 m² sahədə və qismən 3 ədəd pəncərə çərçivəsi yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.